Türkiyədə milli valyutanın bahalaşması tendensiyası davam edir.

Unikal.org xəbər verir ki, hazırda qonşu ölkədə ABŞ dollarının məzənnəsi 5,53-5,54 lirə civarında dəyişir.

Bu isə ötən günün yekunu ilə müqayisədə 0,05 - 0,06 lirə azdır.

Türkiyədə avro da ucuzlaşmaqdadır. Hazırda Avropa valyutasının məzənnəsi 6,39-6,4 lirə civarında dəyişir. Bu isə ötən günün yekununa nisbətən 0,04 - 0,05 lirə azdır.

Türkiyədə xarici valyutalar bu qiymətə sonuncu dəfə bu il avqustun əvvəllərində dəyişdirilib.

Xatırladaq ki, türk lirəsinin bahalaşması ABŞ-dan olan rahib Endru Bransonun məhkəmə zalından azadlığa buraxılmasından sonra başlayıb.