Kayseridə 6 il əvvəl 82 yaşlı nənəsini öldürən 24 yaşlı gənc qadın ikinci dəfə məhkəmə qarşısına çıxıb.

6 aydır həbs olunan qadın "yoruldum artıq, bağışlanmağımı və sərbəst buraxılmığımı istəyirəm deyib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadının bildirdiyinə görə nənəsini onun haqqında danışdığı, qeybətini qırdığı üçün öldürüb.

Hadisə 2012-ci il aprelin 28-də baş verib. Pembe Boraze adlı 82 yaşlı qocanın meyidi evinin balkonunda boğazı kəsilmiş şəkildə tapılıb.

Uzun müddət cinayətin üstü açıla bilməyib. 6 ay öncə polis əməkdaşları hadisə ilə bağlı yenidən araşdırmaya başlayıb. Bu müddət ərzində araşdırmalar davam edib və qadının ətrafındakı insanların ifadəsi alınıb. Alınan ifadələr nəticəsində yaşlı qadının nəvələri tərəfindən öldürüldüyü məlum olub.
Polisin keçirdiyi əməliyyata Pembe Borazenin nəvəsi Fadime Boraze, 56 yaşlı gəlini Songül Boraze və 55 yaşlı oğlu Faruk Boraze saxlanılıb.

Məhkəməyə sövq edilən şübhəli şəxslərdən Fadime Boraze həbsxanaya göndərilib. Ana və atası isə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Adı çəkilən şəxslərin şübhə doğurmamaq üçün açılmamış cinayətləri açan tv verilişlərdən birinə də qatıldığı məlum olub. Ekspertiza zamanı cinayətə qurban gedən Pempe Borazenin bədənində 12 balta və 6 bıçaq zərbəsi olduğu təsbit edilib.