Azərbaycanda turistlər üçün "Qaynar xətt" xidməti fəaliyyət göstərəcək.

Unikal.org  xəbər verir ki, bunu Milli Turizm Sammitində çıxış edən Azərbaycan Turizm Bürosunun Qonaq təcrübəsinin idarəedilməsi departamentinin rəhbəri Vüsal Şahbazov bildirib.

Onun sözlərinə görə, 24 saat ərzində ölkə daxilində və xaricində zəngləri qəbul edəcək "Qaynar xətt" ilk olaraq rus, ingilis, alman və ərəb dillərində fəaliyyət göstərəcək. Bu xidmət çərçivəsində turistlərə fövqəladə hallarda informasiya dəstəyinin göstərilməsi, nəqliyyat haqqında məlumatların verilməsi, təklif və şikayətlərin qəbul edilməsi nəzərdə tutulur.