Tərtər rayonunun İrəvanlı kənd sakini Elcan Mahmudov yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

DİN-dən Unikal.org-a verilən məlumata görə, oktyabrın 17-də saat 13 radələrində Tərtər rayonunun İrəvanlı kənd sakini Elcan Mahmudovun idarə etdiyi "VAZ-21154 və Mingəçevir şəhər sakini Sübhi Abbasovun idarə etdiyi "Hyundai markalı yük avtomobili toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Mahmudov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.