Qubadlı rayon icra hakimiyyətinin iclas zalında 2018-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib. 

Unikal.org xəbər verir ki, yığıncaqda rayon icra hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir açıq elan edildikdən sonra tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd edib ki, cənab İlham Əliyev özünün 15 illik prezidentliyi dövründə, ilk növbədə, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlətmiş, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin etmiş, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olmuşdur. Son 15 ildə sosial-iqtisadi inkişafın davamlılıq və dinamiklik göstəricilərinə, gələcək inkişaf potensialına və digər parametrlərinə görə Azərbaycan regionun özünü tam təmin edən dövlətləri sırasında ilk üçlükdə öz yerini möhkəmləndirmiş, regional və beynəlxalq nüfuzu getdikcə artmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilib.

Sonra 2018-cı ilin 9 ayında rayonda görülmüş işlər barədə rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva çıxış edərək bildirib ki, 2018-ci ilin 9 ayında rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar, eyni zamanda inzibati ərazi dairələri üzrə nümayəndəliklər qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə çalışmışlar. Belə ki, 2018-ci ilin doqquz ayı ərzində sakinlərimizin məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Rayon İcra Hakimiyyəti başçısının Sabirabad, Saatlı, İmişli rayonlarında və digər yerlərdə keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müəyyən işlər görülmüşdür. Xızı rayon Sitalçay qəsəbəsində məcburi köçkünlərin yaşadıqları ərazidə yaranmış içməli su problemi RİH-in köməkliyilə aradan qaldırılmış və 3200 kvadrat metr yola asfalt örtüyü çəkilmişdir. Bundan əlavə Sumqayıt şəhəri BTZ bağları yaşayış massivində Çardaxlı kənd tam orta məktəbinə gedən 5 min 200 kvadrat metr yol, 9-cu mkr 29 və 30 saylı binaların həyətinə 1500 kvadrat metr asfalt örtüyü çəkilmişdir. Betonzavod ərazisində məskunlaşan sakinlərin yolu rahat şəkildə keçmələri üçün piyada keçidi quraşdırılmışdır.

Eyni zamanda qeyd edildi ki, sakinlərimizin müraciətləri əsasında fərdi evlərin tikintisi üçün rayon İcra Hakimiyyətinin köməkliyi ilə 14 məcburi köçkün ailəsinə icazələr alınıb.

Rayon İcra Hakimiyyətinin inzibati binasının həyətində 3 qaraj, 2 anbar tikilmiş, binanın həyətinə 500 kvadrat metr asfalt örtüyü salınıb. Bunlardan əlavə rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına 9 ay ərzində yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə, "1941-45-ci illər müharibəsi veteranlarına, bir sıra tədbirlərin keçirilməsinə və sair məsələlərlə bağlı aztəminatlı ailələrə 72 min 250 manat pul köməkliyi edilib.

Hal-hazırda məskunlaşma yerlərində işlər davam etdirilir. Belə ki, Xızı rayon, Sitalçay qəsəbəsində məskunlaşan məcburi köçkünlər üçün suvarma suyu kanalının çəkilməsi üçün işlər aparılır. Sumqayıt şəhər, "Yaşıl dərə yaşayış massivində 3400 kvadrat metr asfalt örtüyünün çəkilməsi üçün işlər aparılır. 47-ci məhəllədə 11,12,13,14-cü evlərin dam örtüklərinin vurulması nəzərdə tutulur.

Rayonun 9 ayının yerli gəlirlərinin proqnoz məbləği 1milyon 544 min 754 manat, yerli xərclər proqnozu isə 1milyon 508 min 363 manat olmuşdur. Yerli gəlirlərdən daxil olma 1milyon 544 min 754 manat proqnoz rəqəminə qarşı 1 milyon 979 min 533 manat və ya 120%-dən çox icra olunmuşdur ki, bu da nəzərdə tutulduğundan 434 min 779 manat artıq vəsaitin daxil olması deməkdir.

Cari ilin 9 ayı ərzində kənd təsərrüfatı sahəsində də müəyyən işlər görülmüşdür. Rayon İcra Hakimiyyətinin köməkliyi ilə rayonda baramaçılığı inkişaf etdirmək üçün Füzuli və Sabirabad rayonları ərazisində əkilmiş 7 min 500 ədəd tut tinglərinə aqrotexniki qaydada qulluq edilərək bütün tədbirlər görülmüşdür. Bu il rayonumuz 520 kq barama planı əvəzinə 578 kq yüksək kefiyyətli barama istehsal etmişlər. Rayonda xüsusilə son illər arıçılığın inkişafı ilə bağlı müəyyən işlər görülmüşdür. Belə ki, Rayon Arıçıları Birliyi bu il özlərinin istehsal etdiyi məhsulu "Qarabağ brendi adı altında satışa çıxarıblar.

Rayon İcra hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva həmçinin çıxışında qeyd edərək bildirdi ki, hər zaman olduğu kimi rayon gəncləri ölkə başçısının apardığı uğurlu siyasəti daim dəstəkləmişdir. Gənclər və İdman idarəsi əlaqədar təşkilatlarla birgə gənclərdə hərbi vətənpərvərlik hislərinin gücləndirilməsi, vətənə bağlılıq, pis vərdişlərdən uzaq olmaları məqsədilə bir sıra tədbirlər keçirmişdir.
Hesabat dövrü rayon İcra hakimiyyətinin fəaliyyət istiqamətlərindən birini də vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işi təşkil etmişdir. Belə ki, hesabat dövründə RİHB-ı tərəfindən aparatda qəbul qrafiki üzrə 475 nəfərin, vətəndaşlarla keçirilən 27 səyyar qəbulda 135 nəfərin müraciətlərinə baxılmışdır. Qəbul zamanı edilən müraciətlərin 86,1 % -i, səyyar qəbullarda edilən müraciətlərin 92%-i müsbət həll edilmiş və ya müvafiq hüquqi izahat verilib.

2018-ci ilin doqquz ayının yekunları bunu deməyə əsas verir ki, rayon əhalisi arasında əvvəlki illərdə olduğu kimi ictimai-siyasi baxımdan heç bir narahatlıq olmamışdır. Sakinlərimiz həmişə olduğu kimi dövlətçilik ənənələrinə sədaqət nümayiş etdirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətini ürəkdən bəyənərək müdafiə ediblər.

Sonra rayon Vegilər idarəsinin müdiri Əhliman Qasımov və Rabitə şöbəsinin müdiri Yusif Quliyev öz çıxışlarında görülən işlər barədə məlumat verdilər.

Sonda rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bir daha rayonun idarə, müəssisə və təşkilat rəhbərlərnə müvafiq tapşırıqlarını verdi.

Yığıncağın yekununda qərar layhəsi qəbul edildi.