Gəncə şəhər sakini bıçaqlanıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin "Mahrasa bağı" deyilən ərazidə baş verib.

Bekə ki, 1986-cı il təvəllüdlü Gəncə şəhər sakini, Muraz Murad oğlu Məmmədov çoxsaylı bıçaq yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat olunan M.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumatlara görə, o, həyat yoldaşının dayısı tərəfindən bıçaqlanıb. Hadisə borc pul üstündə baş verib.

Qeyd edək ki, hər iki şəxs əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.