18 Noyabr 2018
19 Noyabr 2018
Qazın qiyməti artırıldı - 23 FAİZ
DÜNYA 21:26 / 19.10.2018
Ukraynada təbii qazın əhali istehlakçı qrupu üzrə tarifi 23,5 faiz artırılıb.

Unikal.org Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Volodımir Qroysman Ali Radanın iclasında məlumat verib.

Onun sözlərinə görə,qazın hər 1000 kubmetrinin qiyməti 6958 qrivnadan (246.89 dollar) 8550 qrivnayadək (303.37 dollar) qaldırılıb.

V.Qroysman bildirib ki, yeni tarifnoyabr ayındanetibarən qüvvəyə minəcək: "Qərar Beynəlxalq Valyuta Fondu tərəfindən Ukraynaya növbəti kredit tranşı ayrılması üçün irəli sürülən şərtlər daxilində qəbul olunub".