13 Noyabr 2018
12 Noyabr 2018
"Türkiyə ildə 1,5 mlrd. dollar qənaət edəcək" - Ərdoğan
İQTİSADİYYAT 22:48 / 19.10.2018
"Star" neft emalı zavodu Türkiyənin ən böyük enerji layihəsidir. Bu baxımdan neft məhsulları idxalında hər il 1,5 milyard dollar məbləğində qənaət edilməsi, neft məhsullarında xaricdən asılılığın azalması hədəflənir".

Unikal.org
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimində bildirib.

"Gündə 214 min barrel, ildə 10 milyon ton xam neft emalı gücünə və 1,6 milyon kubmetr ehtiyat saxlama qabiliyyətinə malik zavodda dizel, nafta, təyyarə benzini və LPG kimi neft məhsullarının istehsalı həyata keçiriləcək.

Məşğulluq baxımından da mühüm əhəmiyyət daşıyan bu müəssisədə 1100 nəfər çalışacaq. Beləliklə, bu zavod Türkiyə və Azərbaycan iqtisadiyyatlarına mühüm fayda verməklə yanaşı, Egey bölgəmizin rifahını yüksəltmiş olacaq", - deyə o əlavə edib.