15 Noyabr 2018
Səfər başa çatdı - FOTO
SİYASƏT 23:58 / 19.10.2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri oktyabrın 19-da başa çatıb.

Unikal.org xəbər verir ki, dövlət başçısı səfər zamanı Türkiyənin İzmir şəhərində "Star” neft emalı zavodunun açılış mərasimindəiştirak edib.

İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə terrasdan "Star” neft emalı zavodunun ərazisini seyr edib, zavodun idarəetmə ofisi ilə tanış olub. Prezidentlərə "Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verilib. Sonda Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.