Badamdar sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Unikal.org-a verilən məlumata görə, sürüşmə kütləsi üzərində kiçik tipli uçqunlar və süxur kütlələrinin yamac boyu axıntıları müşahidə edilib.

Qeyd olunub ki, sürüşmənin sağ və sol hissəsində yeni yaranmış çatların ölçülərində artım qeydə alınmayıb: "Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb".

*** (09:44)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Bakının Badamdar qəsəbəsindəki sürüşmə ərazisindənki son vəziyyəti açıqlayıb.

Qərargahdan Unikal.org-a verilən məlumata görə. sürüşmə zonasında saat 9:00-a olan monitorinqlərin nəticəsinə əsasən sahədəki çatlarda artım qeydə alınıb.

Məlumata görə, sürüşmə zonasının sağ və sol hissəsində isə yeni çatlar müşahidə edilib.