13 Noyabr 2018
12 Noyabr 2018
"Onu izləməkdən yorulmuram" - “Milan”ın futbolçusu
İDMAN 09:59 / 20.10.2018
"Milan”ın futbolçusu Suso, A Seriyasında "İnter”lə qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Unikal.org xəbər verir ki, İtaliya mətbuatına açıqlama verən Suso, "İnter”in onu iki dəfə transfer etmək istədiyini deyib:

"İnter" iki dəfə məni transfer etmək istədi. 2017-ci ildə və bu yay. Ancaq mən "Milan”da qalmağı seçdim. Başqa İtaliya klubuna keçmək barədə düşünmürəm. Nə vaxtsa "Milan” məni göndərmək istəsə, onda başqa şey düşünəcəm.

"Milan”da qaldığım üçün xoşbəxtəm. Cennaro Qattuzonun rəhbərliyi altında daha da inkişaf edirəm. Uşaq vaxtı onu həmişə televiziyadan izləyirdim. Onun düzgün vaxtda, düzgün yerdə olduğunu düşünürəm.

Hazırda ən çox sevdiyim futbolçu Eden Hazarddır. Onun oyunlarını izləyirəm. Topla çox gözəl rəftar edir. Onu izləməkdən yorulmuram”.

Suso 2015-ci ildə "Liverpul”dan transfer edilib.

"İnter” - "Milan” matçı oktyabrın 21-də keçiriləcək.