18 Noyabr 2018
17 Noyabr 2018
Sevdiyi qızı marketdə bıçaqladı - "Yox" cavabı aldığı üçün (VİDEO)
DÜNYA 10:27 / 20.10.2018
Türkiyənin Ərzurum şəhərində marketdə satıcı işləyən gənc qızı bıçaqlayıblar.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Murat Yıldırım sevgi təklifinə "yox" cavabı verdiyi üçün C.T. adlı gənc qızı iş yoldaşlarının gözü önündə qanına qəltan edib.

Hadisənin törədildiyi an marketin təhlükəsizlik kamerasına düşüb.

Polis əməkdaşları gənc qızı bıçaqlayan Muratı tutublar. İstintaq zamanı məlum olub ki, Murat əvvəl eyni marketdə C.T-nın iş yoldaşı olub.

Yaralı qız xəstəxanaya çatdırılaraq xilas edilib.