15 Noyabr 2018
Baş verən dəhşətli qəzalar - 3 nəfər öldü, 11-i yaralandı
HADİSƏ 11:22 / 20.10.2018
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, oktyabr ayının 19-dan 20-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınmış, onların da 22-si "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə, 30 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.