Ağstafada gəlin itkin düşüb.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin Qarabağ məhəlləsində baş verib.

Qurbanov küçəsi, 4 saylı binada qeydiyyatda olan Rzayev Rasim Ramiz oğlu Ağstafa rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, həyat yoldaşı, 2000-ci il təvəllüdlü Bədəlova Güllübəyim Elçin qızı oktyabrın 18-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırmalara başlanıb.