Canlı yayına qoşulan qadın izləyicinin etirafı hamıənı şoka salıb.

Unikal.org xəbər verir ki, Türkiyənin Beyaz T kanalında yayımlanan 'Hayatta Her Şey Var' verilişində canlı yayına qoşulan qadın "Ərim ən yaxın rəfiqmi 5 dəqiqədə hamilə qoydu deyib.

Qadın 13 ildir evli olduğunu və 3 uşağının olduğunu dilə gətirib. Adını açıqlamaq istəməyən qadın sözlərinə belə davam edib:

"6 aylıq hamilə olduğum vaxt həyat yoldaşımla mübahisə etdik. Yoldaşım hirslənib evdən çıxıb getdi. O gecə çoxlu içki içib. Sərxoş halda evə qayıdarkən qonşularımız onu görüb və evə dəvət edib. Həyat yoldaşımın alkoqoldan oyanması üçün kofe verəcəklərini deyib. Ancaq evdə kofe olmadığı üçün qonşunun həyat yoldaşı evdən 5 dəqiqəlik uzaqlıqdakıə marketə gedib. Həmin vaxt həyat yoldaşımla ən yaxın rəfiqəmlə tək qalıb. Bu beş dəqiqə müddətində də onlar birlikdə olub və həyat yoldaşım rəfiqəmi hamilə buraxıb.

Mən bu hadisədən 1 il sonra - rəfiqəm öz həyat yoldaşından ayrılarkən xəbər tutdum.

Rəfiqəmin həyat yoldaşı uşağın mənim yoldaşıma bənzədiyinin fərqinə varıb və hər kəsə də danışıb. Həyat yoldaşım da o vaxt gəlib mənə hadisə barəsində danışarkən sərxoş olduğunu, onlara getdiyini və heç nə xatırlaçadığını deyib.

 
Mən də həyat yoldaşımın mənə dedikləri haqqında rəfiqəmdən soruşanda o hər şeyi etiraf etdi. Ancaq həmin gündən sonra bir də görüşmədiklərini, münasibətdə olmadıqlarını dedi. Daha sonra "Sənin ərinin qəbahəti yoxdur. Günah mənim yoldaşımdadır. Yoldaşım məni sərxoş bir kişi ilə tək qoyub getməməli idi dedi.