Bakıda 1 ay 10 gündür yoxa çıxan 17 yaşlı Quliyeva Türkanla bağlı "Səni axtarıram"da qızışan müzakirələr zamanı olayda "itkin" qızın anası qınaq obyekti kimi göstərilib.

Unikal.org Milli.az-a ostinadən xəbər verir ki, aparıcı Xoşqədəm Hidayətqızı itən qızına görə canlı yayımda hər kəsin tənqid hədəfinə çevrilən çarəsiz ananın müdafiəsinə qalxıb.

Xoşqədəm qızının qaçmağına görə bütün yükün üzərində olduğu ananı qınayanlara səslənib:

"Mən işə gedib, çörək pulumu qazanıram da. Çəkilişlə bağlı Rusiayadayam, ordayam, burdayam ... Övladım da mənim bu əziyyətimi görür. Əgər övladım mənim bu əziyyətimi görə-görə, mən evdən çıxandan sonra internetin qarşısında oturursa və ya evdən qaçırsa, deyin görüm günahkar kimdir? Ona görə Allah mənə qız verməyib. Bilir ki, mən onu öldürərəm. Əgər bir qız, bir övlad ananın əziyyətini yerə vurursa, biz gərək bu qadını döyək, öldürək?"

Qeyd edək ki, Türkanın atası məhbusdur.