Prezident İlham Əliyev dəniz nəqliyyatı işçilərinə "Əməkdar mühəndis fəxri adı verilməsi ilə bağlı sərəncam imzalayıb.

Unikal.org-un xəbərinə görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə və dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mühəndis fəxri adı verilsin:

Qurbanov Qüdrət Qəmbər oğlu

Qurbanov Tofiq Qurbanoviç.

*** 

Prezident İlham Əliyev Səfail Məhrəməli oğlu Əliyevə Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, təqaüd Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə və dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə ayrılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.(15:08)