15 Noyabr 2018
Nüşabəni polis axtarır
HADİSƏ 17:54 / 20.10.2018

Göygöl rayonunda gənc xanım naməlum şəraitdə itkin düşüb.

Unikal.org-un məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Nərimanova Nüşabə Faiq qızı oktyabrın 18-də gecə saat 22:18-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.