"2003-cü il prezident seçkilərində Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının 5-ci başqanı İsa Qəmbərin qarşısına şərt qoyub dəstəklədi.

Unikal.org xəbər verir ki, bu sözləri strateq.az-a müsahibəsində Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. 

O bildirib ki, T.Qarayev İ.Qəmbər qarşısında prezident seçiləcəyi halda Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə təyin olunacağı şərtini qoydu: "2003-cü ilin fevral ayında "Tərəkəmə restoranında Ramiz Rövşən, Kamilvəli Nərmanoğlu, Seyran Səxavət, Tamerlan Qarayev, İsa Qəmbər və digər şəxlərin iştirakı ilə görüş keçirildi. Tamerlan Qarayev və mən İsa Qəmbəri dəstəkləmirdik. Onun yanında dedim ki, sizdən prezident olmayacaq. İsa bəy isə israrla dedi ki, mən prezident olacam. Bildirdim ki, İsa bəy siz prezident seçilməsəniz nə olacaq? Dedi ki, prezident olmasam 2004-cü ildən səni müdafiə edəcəm və siyasətdən isə çəkiləcəm. Məndə İsa bəyin bu fikrindən sonra Tamerlan bəydən xahiş etdim ki, sizdə onu dəstəkləyin. O isə yox dedi, bunu yalnız şərt əsasında edə biləcəyini açıqladı. Bildirdi ki, İsa bəy siz prezident seçiləcəyiniz halda mən də Konstitusiya Məhkəməsinin sədri olmaq istəyirəm. İsa bəy cavabında vurğuladı ki, hakimiyətə gəlsə Tamerlan Qarayevi Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə təyin edəcək.