Hindistanda sərnişin avtobusu körpüdən çaya aşıb.

Bu barədə Unikal.org ANI-yə istinadən xəbər verir.

Bildirilir ki, hadisə ölkənin şimal-şərqindəki Assam ştatında, Quvahati yaşayış məntəqəsi yaxınlığında baş verib. İlkin məlumata görə, sürücü yolun çətin keçilən hissəsində nəqliyyat vasitəsinə idarəetməni itirib. Bundan sonra avtobus məhdudlaşdırıcı hasara çırpılıb və körpüdən aşıb.

Qəza nəticəsində azı 7 nəfər ölüb, 20-dən çox xəsarət alıb.

Avtobusun dövlət nəqliyyat şirkətinə məxsus olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, bu, Hindistanda gün ərzində baş verən ikinci ağır yol-nəqliyyat hadisəsidir. Pəncab ştatında qatarın dini bayramda iştirak edən insan kütləsinə çırpılması nəticəsində azı 61 nəfər ölüb, daha 72 nəfər yaralanıb