18 Noyabr 2018
19 Noyabr 2018
İmişlidə naməlum kişi meyiti tapıldı (YENİLƏNİB)
HADİSƏ 09:00 / 21.10.2018
İmişli rayonunda tapılan meyitin şəxsiyyəti müəyyənləşib.

Unikal.org "Report”a istinadən xəbər verir ki, bu, əslən rayonun Oruclu kəndindən olub Rəsullu kəndində yaşayan Aslanov Ağabala Əşrəf oğludur.

İlkin məlumata görə, meşə sahəsinin rəisi işləyən A.Aslanov bir müddət olardı ki, ürək xəstəliyindən əziyyət çəkirmiş.

Bundan əvvəl İmişli sakininin iki nəfəri güllələdiyi xəbər verilmişdi.

*** 08:56

İmişli rayonunda meyit tapılıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, səhər saatlarında rayonun Şahverdilər kəndi ərazisində şəxsiyyəti məlum olmayan kişi cəsədi aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hazırda ərazidə müayinə işləri aparılır.

Faktla bağlı araşdırma aparılır.