18 Noyabr 2018
19 Noyabr 2018
Oksigen balonu partladı - 12 NƏFƏR XƏSARƏT ALDI
DÜNYA 15:20 / 21.10.2018
Günorta saatlarında Gürcüstanın Rustavi şəhərində oksigen balonunun partlaması nəticəsində 12 nəfər xəsarət alıb. 

Unikal.org "Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 19-cu mikrorayonu ərazisindəki yaşayış binalarından birinin həyətində, avtomobil qarajının sökülməsi zamanı baş verib. 

Xəsarət alanlar Rustavinin müxtəlif xəstəxanalarına yerləşdirilib. Onların arasında uşaqlar da var. Uşaqlardan biri vəziyyəti ağır olduğu üçün Tbilisidəki İaşvili klinikasına çatdırılıb.

Partlayış zamanı bir neçə avtomobil, qonşu binaların pəncərələri də zədələnib. 

Faktla bağlı istintaq aparılır.