13 Noyabr 2018
12 Noyabr 2018
Sərnişin qatarı relsdən çıxdı - 18 NƏFƏR ÖLDÜ (YENİLƏNİB)
DÜNYA 19:57 / 21.10.2018

Tayvanda qatarın relsdən çıxması nəticəsində 18 nəfər ölüb.

Unikal.org "Associated Press" agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 160 nəfər yaralanıb.

Taybeydən Tayduna hərəkət edən qatar relsdən çıxıb, daha sonra onun 5 vaqonu aşıb. Qəza zamanı qatarda 366 nəfər olub. Hadisə yerində xilasetmə əməliyyatı aparılır, xilasedicilərə 120 hərbçi köməklik göstərir.

Vaqonlarda qalan sərnişinlərin dəqiq sayı məlum deyil.

15:42


Tayvanda sərnişin qatarının relsdən çıxması nəticəsində ən azı 17 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bunu Tayvanın mərkəzi xəbər agentliyi bildirib. Ehtimal olunur ki, daha 40 nəfər aşan vaqonlarda köməksiz vəziyyətdə qalıb.