21 Noyabr 2018
Bakıda DƏHŞƏT: Əri Xoşqədəmi oğlunun gözü qarşısında öldürdü
KRİMİNAL 18:50 / 21.10.2018
Bakıda qətl hadisəsi baş verib.

Unikal.org "Qafqazinfo”ya istinadən xəbər verir ki, Qubanın Ərməkiqışlaq kənd sakini Fazil Hüseynov həyat yoldaşı Xoşqədəm Hüseynovanı Bakıda kirayə qaldıqları mənzildə qətlə yetirib.

O, həyat yoldaşına bıçaqla boğaz nayihəsinə vuraraq öldürüb. Hadisə 11 yaşlı oğlunun gözü qarşısında baş verib.

Fazil Hüseynov hadisədən sonra Ərməkiqışlaq kəndinə gedərək uşağı atasının evinə qoyub və könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma aparılır.