15 Noyabr 2018
14 Noyabr 2018
İmişlidə dörd buynuzlu qoç - VİDEO
HADİSƏ 19:02 / 21.10.2018
İmişli rayonu, Hacıalmuradlı kəndində uzun illərdir ki, qoyunçuluqla məşğul olan İbadət İbayevin təsərrüfatında yeni qoyun sortu var.

Unikal.org Xezerxeber.az-a istinadən xəbər verir ki, təsərrüfatda qoçun 4 buynuzu olur. Həm də 2-si keçi buynuzu kimi uzun çıxır. Bu da qeyri -adi görünür. Təsərrüfat sahibi deyir ki, bu anomaliya deyil. Çünki bu cür qoyunlar bir neçə dənədir. Yəni xüsusi bir sortdur və artırmaq mümkündür.

Qoyunçuluqla məşğul olan təsərrüfat sahibləri deyir ki, belə sort onlarda son vaxtlarda ortaya çıxıb və maraga səbəb olub. Həmin sort olan qoçların əti də digərlərinə görə çoxdur.

İbadət İbayev deyir ki, onların yerli qoyunlarla bir yerdə saxlamaq elə də məqsədəuyğun sayılmır. Bu sortun döyüşkən və iri buynuzlarının olması digər qoyunların xəsarət almasına səbəb olur.