15 Noyabr 2018
Con Bolton Moskvaya getdi
DÜNYA 20:16 / 21.10.2018
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Moskvaya gedib.

Unikal.org  RİA "Novosti" istinadən xəbər verir ki, Boltonun səfər zamanı Rusiya prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşləri planlaşdırılır.

Con Bolton Rusiyadan sonra oktyabrın 24-də Azərbaycana gələcək.