15 Noyabr 2018
Maşın aşdı - sürücü ağır yaralandı
HADİSƏ 21:13 / 21.10.2018
Günorta saatlarında Zaqatala rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, rayonun 1995-ci il təvəllüdlü Yuxarı Tala kənd sakini Nəzərov Abdukərim Cuma oğlu "VAZ-21064” markalı minik maşını ilə Zaqatala-Qax avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yol kənarına aşıb.

Qəzadan sonra sürücü A.Nəzərov ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan bildirilib ki, zərərçəkmişə ağır qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi Reanimasiya şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.