Ötən gün gecə saatlarında paytaxtın Nərimanov rayonunda yerləşən mağazalardan birində oğurluğa cəhd olub.

Unikal.org Xezerxeber.az-a istinaən məlumat verir ki, gecə saatlarında mağazanın qapısını zorla açamağa çalışan 2 şəxs avtomobilin gəldiyini görüb, ərazidən uzaqlaşıblar.

Gecə saatlarında əraziyə taksi ilə gələn iki şəxs oğurluq etmək istəyib.Taksidən düşən gənclərdən biri tanınmamaq üçün yolu keçərkən gödəkcəsinin papağını taxıb.

Onlar ətrafda heç kimin olmadığını görüb, əvvəlcə dükanların içinə baxıb, daha sonra qapını əllərindəki dəmir parçasıyla açmağa çalışıblar.

Görüntülər ötən gün Bakının Nərimanov rayonunda, Səxavət Quliyev küçəsində yerləşən mağazalardan birinin təhlükəsizlik kamerasına düşüb. Dükana daxil olmaq istəyən gənclər uzaqdan avtomobilin gəldiyini görüb fikirlərindən daşınırlar.

Obyektin sahibi Orxan İsmayılov bu hadisənin yenidən təkrarlanacağından ehtiyat edir. Buna görə də artıq polisə müraciət edib. O , bundan əvvəl də dələduzluq faktı ilə qarşılaşdığını bildirir.


Faktla bağlı 18-ci polis bölməsi tərəfindən araşdırma aparılır.