21 Noyabr 2018
İki avtobus TOQQUŞDU - 19 nəfər öldü
DÜNYA 22:33 / 21.10.2018
Pakistanın Pəncab əyalətində iki avtobusun toqquşması nəticəsində azı 19 nəfər ölüb və 35 nəfər yaralanıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  reys avtobusu Multan - Dera-Qazi-Xan marşrutu ilə (Pəncab əyalətinin iki böyük yaşayış məntəqəsi) hərkət edirmiş. Nəqliyyat vasitəsində 70 sərnişin olub. Avtobus təyinat məntəqəsinə çatan zaman digər sərnişin daşıyan nəqliyyat vasitəsi ilə toqquşub. İkinci avtobusda zərərçəkənlərin olub-olmaması barədə məlumat yoxdur.