Dünən "O səs Türkiyə" mahnı müsabiqəsinin növbəti seçim turları baş tutub.

Unikal.org xəbər verir ki, proqrama qatılan Umut Fidan adlı iştirakçı ilk olaraq "Haydar, haydar" mahnısını oxuyub. Onun ifası münsiflərdən Hadisə və Beyazıt Öztürkü döndürməyi bacarıb. İştirakçı sonda seçimini Hadisədən yana edib.

Daha sonra isə Acun İlicalı və münsiflərin istəyilə yarışmacı daha bir mahnı ifa edib. Umut bu dəfə sözləri Fikrət Qocaya, musiqisi Polad Bülbüloğluna məxsus olan "Gəl, ey səhər" mahnısını ifa edib.

Onun ifası tamaşaçılar tərəfindən alqışla qarşılanıb.