Müğənni Roza Zərgərli ilə meyxanaçı Namiq Qaraçuxurlu arasında qalmaqal yaranıb.

Unikal.org xəbər verir ki,gərginliyə səbəb Namiqin Rozanın aparıcılıq etdiyi "Bakı vaxtı ilə" proqramına gəlməməsidir.

R. Zərgərli "ATV maqazin onlarla"ya müsahibəsində meyxanaçının ona şərt qoyduğunu bildirib: "Namiq mənə şərt qoydu ki, başqa meyxanaçı varsa, efirə çıxmayacam. Heç kəs şərt qoya bilməz. O, bunu yuxusunda görə bilər. Şərtlə yaşayan insan deyiləm. Kimsə məni hədələməyib. Məni heç kim hədələyə bilməz.Efirdə bu barədə danışmadım. İstəmədim ki, Nizami Rəmziustad olub, istəmədim proqram ucuzlaşsın".