Bu gün Prezident İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində "ASAN Həyat kompleksinin açılışında iştirak edib. Kompleksində dünyaca məşhur Robot Sofia dövlət başçısına təqdim olunub.

Unikal.org xəbər verir ki, İlham Əliyev süni intellektin idarə etdiyi android-robotla söhbət edib. İngilis dilində gedən söhbət zamanı Sofia Azərbaycanda gedən proseslər haqqında məlumatlı olduğunu deyib, həmçinin ASAN Xidmət konsesiyası ilə bağlı fikirlərini bölüşüb.

"Siz elektron idarəçiliyə və innovasiya ekosisteminə xüsusi diqqət ayırırsınız",- deyə Sofiya dövlət başçısı ilə söhbətində bildirib.