Eşitmə qüsurlu bacısının dostu tərəfindən təcavüzə uğradığını öyrənən qardaş silaha əl atıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursada Yusuf P adlı gənc 26 yaşlı Mehmet Kocadoğanı eşitmə qüsurlu bacısı 29 yaşlı B.P-yə təcavüz etdiyi iddiasıyla öldürdüyü üçün həbs olunub. Cinayətə əl atan 27 yaşlı gəncin barəsində ömürlük həbs cəzası istənilib.

Hadisə Bursanın Osmangazi mahalına bağlı Alemdar Məhəlləsində baş verib. Belə ki, bacısının təcavüzə uğradığını polis bölməsində öyrənən Yusuf P. evlərinə qayıtdıqdan sonra Kocadoğana "haradasan qardaşım?" yazaraq mesaj atıb və daha sonra zəng edərək görüşmək istədiyini deyib. Dostlar görüşmək üçün boş bir əraziyə gediblər. Orada Mehmet Kocadoganın avtomobilində söhbət edərkən mübahisə etməyə başlayıblar. Bir müddət sonra avtomobildən düşən gənclər arasındakı mübahisə böyüyüb və davaya çevrilib. Yusuf P. üzərində gətirdiyi silahına əl atıb və Kocadoganı güllələyib. Silahdan açılan atəş nəticəsində Kocadoğan ürək nahiyəsindən yaralanıb. Yaraanan gənc hadisə yerində həyatını itirib, Yusuf P. isə oradan qaçıb.

Polis əməkdaşları az müddət sonra Yusuf.P-ni tutublar. Onun polis bölməsində ifadəsi alındıqdan sonra məhkəməyə sövq edilib. Məhkəmə isə Yusuf P-nin həbsinə qərar verib.

Ancaq öldürülən Mehmet Kocadoğanın ailəsi Yusuf P-nin ömrlük həbs olunması üçün növbəti dəfə məhkəməyə baş vurub.