Braziliyada əri tərəfindən boğularaq öldürülən qadının son görüntüləri yayılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,görüntülərdə Tatyana Spitzner adlı gənc qadının ölümdən qaçmağı və faciəvi sonu əks olunub. Həyat yoldaşı Luis Manvayler tərəfindən döyülən qadın binanın avtodayanacağından qaçmağa çalışıb. Ancaq 29 yaşlı qadın liftə minərkən əri onu tutaraq yenidən döyüb. Luis bu dəfə qadını boğaraq öldürüb. Ürəyi soyumayan  32 yaşlı kişi arvadını 12 metr yüksəklikdən boşluğa atıb. Qadının fəryadını eşidən bina sakinləri polisə xəbər veriblər. Hadisə yerinə polislər gəlsə də qadının həyatını xilas edə bilməyiblər. Universitet müəllimi işləyən ər ömürlük həbs cəzasına məhkum edilib.