"Azəriqaz İstehsalat Birliyi neftçilərin binasındakı qazanxananın qazını kəsib.

Unikal.org xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə olan hesabında yazıb:

"Bu gün düz bir həftədir ki , Badamdar qəsəbəsində neftçilər üçün inşa edilmiş Ə.Nəzərov küçəsi 7 b də binanaya xidmət edən istilikxananın qazı, Azəriqaz əməkdaşları tərəfindən blomlanaraq bağlanmışdır. Nəzətinizə çatdırım ki, qazanxananı neftçilər öz vəsaiti hesabına inşa etdirmişdir və yalnız neftçilərin binasına xidmət etməsinə və istiliyə görə sakinlərin borcu olmasına baxmayaraq, qaz xətti bağlanmışdır. Xatırladım ki, evlərdəki hamamların isti suyu yalnız qazanxanadan gəlir. Bunu isə Əkbərin qoçuları, Azəristiliyin Azəriqaza olduğu borcu əsas gətirərək bağlayıblar. Axı neftçilərin binasının öz qazanxanası var və bu qazanxananın borcu sakinlər tərəfindən ödənilib. İnanın ki, evlərdə körpə uşaqlar, qocalar və xəstələr var. Artıq bir həftədir ki, evlərdə heç kəs yuyuna bilmir".