Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Göyçayda Ucar, Zərdab, Kürdəmir və Göyçay rayonlarının sakinlərini qəbul edib.

Unikal.org xəbər verir ki, qəbuldan öncə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Ümummilli Lider Heydər Əliyevin rayonda ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Göyçay rayon Heydər Əliyev Mərkəzində baş tutan qəbulda vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.