Kanadalı repçi Con Ceyms Makmürrey Britaniya Kolumbiyası əyalətində klip çəkilişi zamanı ölüb.

Unikal.org  "The Star" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı repçi təyyarənin qanadında tryuk göstərməyə çalışarkən balaca təyyarə həmin qanadı üstdə əyilib və pilot idarəetməni itirib.

Məlumata görə, Con düşərkən paraşütdən istifadə etməyə çalışsa da, artıq gec olub. Pilot isə sonradan təyyarənin müvazinətini bərpa etməyi bacarıb və uğurlu eniş edib.

Qeyd edək ki, Makmürrey daha əvvəl peşəkar xizəkçi olub, amma onurğa sütununun sınmasına və dabanından aldığı zədəyə görə idmanı tərk edib və musiqi karyerasını inkişaf etdirməyə başlayıb.