Camal Qaşıqçının nişanlısı Xədicə Cengiz Türkiyə prezidenti Ərdoğana "Tvitter hesabında təşəkkür edib.

Unikal.org xəbər verir ki, Xədicə Cengiz nişanlısı Cemal Qaşıqçının prezident Rəcəb Tayyib Ərdoğanla olan fotoşəkilini paylaşıb.

Xədicə Cengiz "Tvitter hesabında başsağlığı verdiyi üçün Ərdoğana təşəkkürünü bildirib. O,nişanlısı Camal Qaşıqçını öldürən şəxslərin qanun qarşısında cavab verəcəyinə əvvəlcədən də, indi də əmin olduğunu, Türkiyə vətəndaşı olmaqdan qürur duyduğunu yazıb.