Azərbaycanda jurnalistin avtomobili qarət edilib.

Unikal.org-a xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, ikinci Alatava küçəsində baş verib.

"Azad Azərbaycan" televiziyasının əməkdaşı İlkin Nadirova məxsus 99-LD-670 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı maşından oğurluq ediblər. Şüşəni sındıran şəxslər avtomobildən 60 manat pul, bank kartları və "Samsung" markalı mobil telefonu oğurlayıblar.

Zərərçəkən başına gələn xoşagəlməz hadisə ilə bağlı DİN-nin "102 qaynar xətti"nə məlumat verib. Yasamal rayon 29-cu Polis Bölməsinin əməkdaşları faktla bağlı araşdırma aparırlar.

Qeyd edək ki, hadisə baş verən gün Yasamal rayonunda bir gecədə 15 maşın qarət olunub. Onlardan 3-ü Alatava küçəsində qeydə alınıb.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Daxili İşlər Naziryinin mətbuat xidmətinin rəis müavini polkovnik Orxan Mansurzadə bildirib ki, yayılan məlumat əsassızdır və dezinformasiyadır:

"Yasamal rayonunda bir gecədə 15 maşının qarət olunması ilə bağlı məlumat əsassızdır, heç bir fakta əsaslanmır, şayiədən başqa bir şey deyil. Orada söhbət yalnız bir oğurluq hadisəsindən gedir. Jurnalist İlkin Nadirovun avtomobilinin qarət olunması ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. Cinayətin açılması istiqamətində zəruri əməliyyat-axtarış, istintaq tədbirləri həyata keçirilir".