Çinın paytaxtı Pekində məktəblərin birində qəribə hadisə baş verib. Müəllim təqdimat zamanı löhvədə dərslə bağlı proyektor vasitəsi ilə görüntülər açmalı idi. Ancaq həmin vaxt yanlışlıq baş verib, müəllim səhvən cinsi məzmunlu film açıb.

Unikal.org xarici mətbuata istinadən xəbər veirr ki, sinif otağında baş verən bu skandal sosial şəbəkədə yayıldıqdan sonra böyük reaksiyaya səbəb olub.

Dərsi izləyən digər müəllim löhvənin önünə qaçaraq görüntülərin qarşısını kəsməyə çalışıb.

Təqdimat edəcək müəllim komputeri bağlamağa açlışsa da uşaqlardan bəziləri artıq həmin anı telefonun kamerası ilə lentə almışdı.

Ölkənin Təhsil Nazirliyi buna biganə qalmayıb və müəllimin cəzasını yaxın zamanda açıqlayacaqlarını bildirib.