21 Noyabr 2018
Federasiyada yeni təyinat - FOTO
İDMAN 15:42 / 08.11.2018
Beynəlxalq dərəcəli həndbol hakimlərimiz Emil və Ernest Ağakişi qardaşları növbəti təyinat alıblar.

Unikal.org Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, onlar qadın həndbolçuların "Challenge Cup” turnirinin III mərhələsinin "ACME–Jalgris-2” (Litva)–"Qomel” (Belarus) matçında ədaləti təmsil edəcəklər.

Qarşılaşmada Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi çexiyalı Lada Trojkova olacaq.

Görüş noyabrın 11-də Litvanın Alitus şəhərinin "Alytaus Arena” kompleksində keçiriləcək.