13 Noyabr 2018
12 Noyabr 2018
Sürüşmə zonasındakı monitorinqlər davam etdirilir
HADİSƏ 15:42 / 08.11.2018
Badamdar sürüşmə sahəsində monitorinqlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, noyabr 8-də Badamdar sürüşmə sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən aparılan monitorinqin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır.

Yağan yağış nəticəsində sürüşmə sahəsindəki asılı vəziyyətdə olan torpaq kütlələrinin üzərində yeni xırda uçqunlar baş verib. Sürüşmənin yuxarı hissəsində olan qaya parçasının alt hissəsi qoparaq asılı vəziyyətdə qalıb. Monitorinqlər davam etdirilir.