Xəbər verdiyimiz kimi, 8 noyabr Bakı Metropoliteni işçilərinin peşə bayramı günüdür.

Unikal.org Metropoliten işçilərinin peşə bayramı günü münasibəti ilə Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovla əlaqə saxlayıb. 

Bakı Metropoliteninin sabiq rəisi uzun illər çalışdığı sahə ilə bağlı özəl günü qeyd etmədiyini dilə gətirib: 

"Bu gün mənlik deyil, mən bu barədə danışmaq istəmirəm. Ömrümü bu sahəyə sərf etmişəm. İndi görürəm ki, boş şeydir. Artıq qutardı, getdi".

Famil Fərhadoğlu