15 Noyabr 2018
14 Noyabr 2018
Faiq Qarayevin səhhətində problem yarandı
İDMAN 17:53 / 08.11.2018
Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti və qadınlardan ibarət millimizin baş məşqçisi Faiq Qarayev Türkiyədə müalicə olunub. Unikal.org-un əldə etdiyi məlumata görə, müalicəsini başa vuran təcrübəli mütəxəssis bir neçə gündür Bakıya qayıdıb.

Faiq Qarayev müalicədən qayıtdığını Unikal.org-a açıqlamasında təsdiqləyib:

"Mən artıq 1 ildir müalicə alıram. Məndə aritmiya var. Müalicə almaq üçün bazar ertəsi yenidən Türkiyəyə gedəcəm”.  

Qeyd edək ki, aritmiya ürəyin ritminin nizamsızlığıdır, yəni anormal ürək ritmidir.

Aygün İlqarqızı