15 Noyabr 2018
Bakıda yaşayış binası yandı: 8 nəfər təxliyyə edildi
HADİSƏ 21:08 / 08.11.2018

Bakı şəhərinin Pirallahı rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 45 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.

Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.