"Qarabağ" klubu 9 noyabr - Dövlət Bayrağı günü ilə əlaqədar bu gün Poltavada Ukrayna "Vorskla"sı ilə Avropa Liqasının IV tur oyunu zamanı aksiya təşkil edəcək.

Klubun Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, qarşılaşmaya gələn Ağdam təmsilçisinin azarkeşlərinə Azərbaycan bayrağı hədiyyə olunacaq.

Qeyd edək ki, Aleksey Butovski adına stadionda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 00:00-da təşkil olunacaq.