Bu gün sosial şəbəkədə şəhid Mübariz İbrahimovun anası Şamama xanım dünyasını dəyiməsi ilə bağlı məlumat yayılıb.

Unikal.org-un əməkdaşı Milli Qəhrəmanın qardaşı Rəşad İbrahimovla əlaqə saxlayıb. Bildirib ki, anası Şamama İbrahimova dünyasını dəyişməyib. 

"Anamın ölümü ilə bağlı yayılan məlumat yalandır. Bu məlumatı yayanların yalnız şəxsiyyət vəsiqəsinə hörmət edirik. Şəxsiyyətlərinə yox!. Xahiş edirik ki, ailəmizin adından dəqiqləşdirilməmiş məlumat verilməsin. Belə yanlış informasiyalar insanların, xüsusən ailəmizə, yaxınlarımıza narahatlıq yaradır.