Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən 13 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Abbasov Rabil Qədir oğluna qohumu Tərtər rayon sakini Süleymanov Rinat Məhərrəm oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan şalvarın cibində gizlədilmiş sellofan bükülüdə çəkisi 0,208 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.