Efiopiyada xüsusi xidmət orqanlarının 30-dan çox əməkdaşı korrupsiyada və insan hüquqlarının pozulmasında şübhəli bilinərək həbs olunub.

Unikal.org "RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə ölkəninbaş prokuroru Berhanu Tsaqaya məlumat verib.

Onun sözlərinə görə,beş aya yaxın davam edən araşdırmalar nəticəsində amansız işgəncələr aparıldığı güman edilən yeddi gizli həbsxana aşkarlanıb:"Altı il ərzində METEC tendersiz-filansız 2 milyard dollarlıq satınalmalar həyata keçirib. Saxlanılanların ümumi sayı 63 nəfərdir".

"Reutersin məlumatına görə, nəhəng dövlət şirkəti olan "Metals and Engeneering Corporation (METEC) işçisi olan bir qrup şəxs də korrupsiya əməllərində şübhəli bilinərək saxlanılıb.