Rusiya Prezidenti Vladimir Putin əcnəbi vətəndaşların saxta qeydiyyatına dair cinayət məsuliyyətini nəzərdə tutan qanunu təsdiqləyib.

Unikal.org Rusiya KİV-inə istinadən xəbər verir ki, sənəd əcnəbi vətəndaşları yalan məlumat və saxta sənədlər əsasında yaşayış binasında qeydiyyata saldıranlara şamil ediləcək.